Sentyabrın 19-dan Əsgəran, Xocavənd, Ağdərə və Şuşa rayonlarında ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Son 24 saat ərzində Rusiya sülhməramlıları yol təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar.
“Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün 10 post, o cümlədən beşi Azərbaycan tərəfi ilə birgə yaradılıb”, - Nazirliyin informasiya bülletenində deyilir.
Rusiya sülhməramlıları Qarabağın məskunlaşmış ərazilərində elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər.