1
Deputat Siyavuş Novruzov icra başçılarıyla bağlı məsələdə hüquq-mühafizə orqanlarının da məsuliyyətə cəlb edilməsini təklif edib.
S. Novruzov parlamentdəki çıxışında qeyd edib ki, torpaqların əlindən alınması məsələsinə hüquq-mühafizə orqanlarının da üzərinə məsuliyyət düşür: “Çünki onlar vaxtında müvafiq qurumlara məlumat verməli idilər. Əgər məlumat verməyiblərsə, deməli, icra başçısı ilə əlaqələri olub və onlar da məsuliyyətə cəlb olunmalıdır”.///qafqazinfo
