19
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından neft daşımalarının əvvəlki həcmlərə yaxın səviyyədə bərpa olunduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ prezidentinin paylaşdığı infoqrafikaya görə, hazırda Hörmüz boğazından gündəlik təxminən 18 milyon barel neft keçir. Bu göstərici Yaxın Şərqdə münaqişə başlamazdan əvvəlki 20 milyon barellik gündəlik həcmdən bir qədər aşağıdır.
“Neft tədarükünün Hörmüz boğazından keçən həcmi bərpa olunub”, – infoqrafikada qeyd edilib.
