Qoz bütün dünyada ən faydalı və qiymətli qida məhsulu sayılır. Müalicəvi və profilaktik xüsusiyyətlərinə görə qoz bütün digər çərəzlər arasında əsl çempiondur.
Ucnoqta.az Medicina.az-a istinadən xəbər verir ki, qida mütəxəssisləri hər gün bir ovuc qoz ləpəsi yeməyi tövsiyə edirlər. Bunun insan sağlamlığına saysız-hesabsız faydaları vardır:
– Ürək və damarı xəstəliklərdən qoruyur
– Qanda xolesterinin səviyyəsini aşağı salır
– İnsult və infarktın riskini azaldır
– Şəkərli diabetin riskini azaldır
– Metabolik sindromunun profilaktikasıdır
– Beyinin fəaliyyətini yaxşılaşdırır
– İnsanın əhvalını yaxşılaşdırır
– Təzyiqi tənzimləyir
– Güclü antioksidant xüsusiyyətlərinə görə orqanizmi hüceyrə səviyyəsində qoruyur
– Orqanizmdə iltihabları azaldır
– Artritin riskini azaldır.
– Süd vəzi xərçənginin riskini azaldır
– Prostat vəzi xərçənginin riskini azaldır
– Kişilərdə potensiyanı yaxşılaşdırır
– Yaddaşı yaxşılaşdırır
– Beyinin erkən qocalmasının qarşısını alır
– Yodla zəngin olduğundan qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təzir edir
– Sümüklərin sağlamlığına müsbət təzir edir
– Arıqlamağa kömək edir
