Xalqın milli kimlik düşüncəsi, mənəvi dəyərlər, adət-ənənələri, tale-yaşam haqqında müşahidə və dyğuları əsasən ədəbiyyat vasitəsilə yayılıb və dünyaya tanıdılıb. Və təbii haldır ki, indi Azərbaycan poeziyasında ictimai məzmun daşıyan mövzular, insan hisslərini, torpaq və vətən təssübkeşliyini özündə ehtiva edən mətnlər üstünlük təşkil edir.
Bu mənada Dilsuz Musanın şeirlərində vətəndaş, milli birlik duyğularını, torpağın müqəddəsliyini və doğma Vətən sevgisini, dost sədaqətini özündə ehtiva edən məzmun səciyyəvi və təsirli imkanlarla özünü biruzə verir. “Vətən” şeirindəki kimi:
Soy kökün, soy adın hamıya bəlli,
Yaxud da:
Onun əksər şeirlərində qəhrəmanlıq və yaşam yolu zəngin, fəxrli, eyni zamanda keşməkeşli olan Vətən tarixi, xalqımızın yurda (və dünyaya) bağlıllığı, torpaq mücadiləsinin şərəfi aydın düşüncəylə əks olunur. Dilsuz Musa bir vətəndaş-şair, ziyalı kimi tarixə, insana, taleyə, qismətə poetik müraciətlərində qətiyyən bədbinlik nümayiş etdirmir. Onun şair düşüncəsindən ulu keçmişə sədaqət və sayğı, bu günə, gələcəyə və gəncliyə böyük ümid boylanır:
Mənim tariximi bilmək istəsən
Dəyanət Osmanlı
