4
Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Bakıdan Xaçmaz istiqamətində hərəkət edən sərnişin avtobusu mikroavtobusla toqquşub.
İlkin məlumata görə, qəza zamanı 4 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.
