1
Cəlilabadda ağır yol qəzası baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “VAZ” markalı avtomobilin traktorla toqquşması nəticəsində rayonun Ləkin kənd sakini, 1943-cü il təvəllüdlü, Tağı Bağış oğlu Niftəliyev ağır xəsarət alıb.
Dövlətəlibəyli kəndində baş verən qəza zamanı yaralanan T. Niftəliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq , cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
