Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 2 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bununla prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.
Növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslər hələ ki bunlardır:
Azərbaycan prezidenti İlham Əliyev – prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev – prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Zahid Oruc – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Fərəc Quliyev – prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Araz Əlizadə – prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Asif Məmmədov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Razi Nurullayev – prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;
Elşən Həsənov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Hafiz Hacıyev – prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;
Fuad Əliyev – prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;
Tural Abbaslı – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Anar Umudov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Ramazan Bəkirov – prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;
Əli Əliyev – prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb;
Sərdar Məmmədov – prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülüb.
