2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VIII turun son oyunları keçirilib. "Report"un məlumatına görə, 9 qarşılaşma D, G və İ qruplarını əhatə edib.
Günün ən önəmli qarşılaşmalarından biri D qrupunda İrlandiya ilə Serbiya arasında olub. Qonaqlar minimal hesablı qələbə qazanaraq, Rusiyada təşkil olunacaq final mərhələsinə vəsiqəni qrup lideri kimi böyük ölçüdə təmin ediblər.
G qrupunda İspaniya səfərdə Lixtenşteynə 8 cavabsız qolla qalib gəlib. İtaliya İsraili minimal hesabla yenərək, birinci pilləyə olan iddiasını davam etdirib. Əvəzində Albaniya səfərdə Makedoniya ilə heç-heçə edərək, birbaşa vəsiqə şanslarını itirib.
İ qrupunda isə Türkiyə millisi Xorvatiya üzərində vacib qələbə qazanıb. Cenk Tosunun 75-ci dəqiqədə vurduğu qol "ay-ulduzlular"ı final mərhələsinə hətta qrup lideri kimi qatılmağa ümidləndirib. Mirça Luçeskunun baş məşqçi olduğu komandaya İslandiyanın Ukraynanı yenməsi də yardımçı olub.
D qrupu
22:45. Avstriya – Gürcüstan – 1:1
Qollar: Luis Şaub, 43 – Valerian Qviliya, 8
22:45. İrlandiya – Serbiya – 0:1
Qol: Aleksandar Kolarov, 55
22:45. Moldova – Uels – 0:2
Qollar: Hal Robson-Kanu, 80. Aaron Remzi, 90+3
Xal durumu: Serbiya – 18, Uels – 14, İrlandiya – 13, Avstriya – 9, Gürcüstan – 5, Moldova – 2.
G qrupu
22:45. Makedoniya – Albaniya – 1:1
Qollar: Aleksandar Traykovski, 78-penalti ilə – Odise Roşi, 53
22:45. Lixtenşteyn – İspaniya – 0:8
Qollar: Serxio Ramos, 3. İsko, 16. Alvaro Morata, 16; 54. David Silva, 39. Yaqo Aspas, 51; 63. Xerard Dölofö, 89
22:45. İtaliya – İsrail – 1:0
Qol: Çiro İmmobile, 53
Xal durumu: İspaniya – 22, İtaliya – 19, Albaniya – 13, İsrail – 9, Makedoniya – 7, Lixtenşteyn – 0.
İ qrupu
22:45. Kosova – Finlandiya – 0:1
Qol: Teemu Pukki, 83
22:45. İslandiya – Ukrayna – 2:0
Qol: Gilfi Siqurdsson, 47; 66
22:45. Türkiyə – Xorvatiya – 1:0
Qol: Cenk Tosun, 75
Xal durumu: Xorvatiya – 16, İslandiya – 16, Ukrayna – 14, Türkiyə – 14, Finlandiya – 7, Kosova – 1.
