36
ABŞ Çad hökumətinin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq qərarını dəstəklədiyini açıqlayıb və bunu ölkənin suverenliyinin gücləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, Vaşinqton Çadın BCM-dən çıxmaq qərarını alqışlayır və bunu qüsurlu təşkilatı rədd edərək suverenliyini yenidən təsdiqləyən ölkələrin sayının artmasının göstəricisi kimi qiymətləndirir.
Dövlət Departamenti həmçinin ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı qlobal kampaniyasını davam etdirəcəyini bildirib və təşkilata üzv olan digər dövlətləri də BCM-dən çıxmağa çağırıb.
