Çərşənbə, Avqust 26 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTUsta aşpaz
CƏMİYYƏT

Usta aşpaz

tərəfindən redaktor 07.01.2017 / 10:13
07.01.2017 / 10:13
A+A-
Sıfırla
2

Onu çoxdan tanıyıram. Tanışlığımızın tarixi bir qərinədən artıq olar. Qara topa bığları yaraşıqlı sifətinə bir qədər də gözəllik verirdi.
Raykomun, sonradan icra hakimiyyətinin yeməkxanasının aşpazı Hüseynbaba Təhməzovu rayonumuzda tanımayan az tapılar. Ustalıqla hazırladığı ləziz yeməklərdən doymaq olmur. Cənub bölgəsində keçirilən plov yarışlarında həmişə qalib sayılıb və onun bişirdiyi plova birinci yer verilib. Mərcili plovunun ləzzəti isə özgə aləmdir. Müxtəlif xuruşlardan hazırladığı Şərqin bu şah xörəyi adla deyilir.
Supunun, şorbasının dadı-tamı bambaşqadır. Kababların, xüsusən toyuq və balıq ətindən şişə çəkdiyi kababların dadı damaqdan getmir. Həm də ki ədviyyatı ilə bir yerdə: darçını, sumağı, zəncəfili, istiotu və s. Piti, bozbaş, qızartma, lülə və tavakababı, kələm, yarpaq və badımcan dolması da öz yerində.
Hüseynbaba Lerik qəsəbəsində Kəkül kişinin ailəsində dünyaya göz açıb. Gənc yaşlarında, 1961–1964-cü illərdə Bakı şəhərində kulinariya məktəbini bitirib. Ordu sıralarında xidmət edib. Təhsil aldığı illərdə “İnturist” mehmanxanasında ixtisası üzrə işləyib. 1970-ci illərdə raykomun qonaq evinin müdiri və yeməkxanasında baş aşpaz vəzifəsini aparıb. Bacarığı və xidməti nəzərə alınaraq Sovetlər vaxtında mərkəzi ittifaq tərəfindən ali dərəcəli diplomla – “Usta aşpaz” diplomu ilə mükafatlandırılmışdır.
Plovdan danışarkən usta Hüseynbaba ona belə rəy verir: “Düyü plovu Şərq xalqları, o cümlədən azərbaycanlılar arasında geniş yayılmış xörək növüdür. Bəzi regionlarda ona “aş” da deyirlər. Plov “süzmə” və “daşma” olmaqla iki üsulla hazırlanır. Süzmə çilov (lobyalı, mərcili, əriştəli plov) üçün, bir qayda olaraq, artımlı və yaxşı dəm alan düyü növlərindən (sədri, ənbəri, ağqılçıq və s.) istifadə edilir. Daşma çilovlar akulə, çiləyi və s. düyü növlərindən bişirilir. Süzmə plovun düyüsünə bəzən əriştə, paxla, lobya, mərci, kişmiş, şüyüd və s. qatılır. Plov hazırlamaq üçün bir qədər duzlu suda saxlanan düyü qaynadıldıqdan sonra aşsüzənlə (çətənədən də istifadə edilir) süzülür, un, yumurta, qatıq və yağdan hazırlanmış xəmir yayılaraq qazanın dibinə çalınır, ocaqda dəmə qoyulur. Bu zaman düyünün üstünə yağ və dəmlənmiş zəfəran tökülür. Plovun qazmağı və qarası (xuruş) süfrəyə ya ayrıca verilir, ya da plovun üstündə qoyulur. Plovun qaraları növünə görə, əsasən, qoyun, quş əti, balıq, yağ, yumurta, meyvə qurusundan (albuxara, qaysava, şabalıd, qoz, tərəvəz və s.) hazırlanır. Plovun müxtəlif növləri vardır (deyilənə görə, üç yüz növ): qovurma plov, çığırtma plov, cücə plov, şüyüd plov, boranı plov, döymə plov, fisincan plov, səbzi plov, qiymə plov, kükü plov, döymə plov, daşma plov, südlü plov      və s.”.
Beləliklə, Hüseynbaba sənətinin mahir ustası olmaqla bərabər, həmçinin maraqlı müsahibdir. İllərcə raykom katibləri, rayon rəhbərləri və yüksək səviyyəli qonaqlarla, ziyalılarla təmasda olmuş bu sadə əmək adamı həyatdan, insanlardan çox şeylər öyrənib əxz etmiş, bütün bunlar onun dünyagörüşünə təsirsiz ötüşməmişdir.
Hüseynbaba dostlarını heç vaxt unutmur və onlarla daim əlaqə saxlayır. Yeri düşəndə danışır ki, raykom katiblərindən Sultan Məmmədov xarakteri etibarilə seçilirdi. Onun güclü yaddaşı vardı. O, boş vaxtlarını mütaliəsiz keçirməzdi. Rus dilini mükəmməl bilirdi və nadir ədəbi nümunələri əldə edib oxuyurdu. Sultan müəllim marağımı duyur və onun tövsiyəsi ilə dünya ədəbiyyatından lazımi əsərləri tapır, gecələr mütaliə edirdim.
Homer, Dostoyevski, Drayzer, Heminqueyin, dünya fatehləri haqqında yazılmış əsərlərin adlarını çəkir və onları oxuduğunu söyləyir. Hüseynbaba Təhməzovun şəxsi kitab qalereyasını klassik yazıçıların əsərləri bəzəyir. Nizami, Firdovsi, Sədinin seçilmiş əsərləri, “Qabusnamə”, “Siyasətnamə” onun stolüstü kitablarıdır.
Bir vaxt ziyalıların diskussiyalı söhbətinə müdaxilə edib masonluğun tarixi və yayılma coğrafiyasından danışaraq maraqlı nüanslara toxunarkən yoldaşları təəccübləndirmişdi. Onun digər ədəbi məsələlər barədə şərh verməsi bizi inandırdı ki, öyrənməklə, mütaliə etməklə çoxlu məlumatlar əldə edib faydalana bilərsən.
Azərbaycanın cənub bölgəsinin özünəməxsus milli mətbəxi, kulinariyası mövcuddur ki, burada başlıca yeri xörəklərin hazırlanması, bişirilməsi qaydaları tutur. Deyirlər, plov qara kostyum kimidir, yasda da geyirsən, toyda da. Həqiqətən, belədir. Xörəklərin şahı sayılan bu yeməyin süfrəsi hər zaman hörmətli və əzizdir. Və xüsusən bir şərtlə ki, plovla birlikdə təndirdə bişirilən balıq ləvəngisi ola və onu da usta Hüseynbaba bişirə.
Usta sənətkarın yaşı yetmişi haqlasa da, hələ gümrahdır. Biz ona cansağlığı, xoşbəxt həyat arzulayırıq.

Rəzzaq Sucayev

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Milli Məclisin deputatına ağır itki üz verib
Sonrakı yazı
Sabaha olan hava məlumatı

Digər yazılar

Xalq artistinin villası satışa çıxarıldı

26.08.2026 / 12:26

Polad Bülbüloğlu boşanıb, yenidən evləndi

25.08.2026 / 18:20

Baş nazir qərarı təsdiqlədi: Yanvarın 1-dən …

25.08.2026 / 13:13

Ali Məhkəmədən sələmçilərə xəbərdarlıq

25.08.2026 / 11:05

Ali məktəblərə qəbul olanların nəzərinə: Avqustun 28-dən …

25.08.2026 / 10:19

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb

25.08.2026 / 00:05

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub

24.08.2026 / 21:46

Jurnalistin başına iş gəldi, qız evi bəysiz toy etdi – VİDEO

24.08.2026 / 15:19

Yüz mindən çox şəxsin pensiyası barədə QƏRAR

24.08.2026 / 10:48

XƏBƏR LENTİ

  • “Azarkeşləri sevindirməyə çalışacağıq” – Qurban Qurbanov

    26.08.2026 / 13:58
  • Putin Suriya Prezidenti ilə telefon danışığı aparıb

    26.08.2026 / 13:22
  • Şimşək çaxacaq, leysan olacaq – Proqnoz

    26.08.2026 / 13:02
  • Ermənistanda əsgərin ölümünə görə zabit saxlanıldı: Cəzalandırmaq üçün …

    26.08.2026 / 12:59
  • Nepaldakı daşqında 8 nəfər ölüb, 33 polis itkin düşüb

    26.08.2026 / 12:51
  • Zelenski Maskı təltif etdi

    26.08.2026 / 12:37
  • Mehriban Əliyevanın doğum günüdür

    26.08.2026 / 12:33
  • Xalq artistinin villası satışa çıxarıldı

    26.08.2026 / 12:26
  • Nazir Yevlaxda vətəndaşları qəbul edəcək

    26.08.2026 / 12:15
  • Rüfət Əzizov onu direktor təyin etdi

    26.08.2026 / 12:04
  • 16-cı dəfə tarix yazdılar: Mübariz İbrahimov adına kompleksdən 100%-lik qəbul!

    26.08.2026 / 12:00
  • Antalyadan uçan təyyarədə sərnişin öldü

    26.08.2026 / 11:51
  • Gimnaziyaya qılıncla hücumda şübhəli bilinən ikinci şəxs saxlanılıb

    26.08.2026 / 11:42
  • Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı – yaralananlar var

    26.08.2026 / 11:35
  • 19 yaşlı gənci “tok” vuraraq öldürüb

    26.08.2026 / 11:32
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

Xalq artistinin villası satışa çıxarıldı

26.08.2026 / 12:26

Polad Bülbüloğlu boşanıb, yenidən evləndi

25.08.2026 / 18:20

Baş nazir qərarı təsdiqlədi: Yanvarın 1-dən …

25.08.2026 / 13:13

Ali Məhkəmədən sələmçilərə xəbərdarlıq

25.08.2026 / 11:05

Ali məktəblərə qəbul olanların nəzərinə: Avqustun 28-dən …

25.08.2026 / 10:19