“AtaTravel” MMC 31 dekabr-3 yanvar tarixlərinə “Şəmkir Excelsior Hotel” otelinə Yeni il turu təklif edir. Bir nəfər üçün 3 gecə və 4 günlük turun qiyməti 245 AZN təşkil edir. Turun qiymətinə 3 gün səhər və şam yeməyi, Yeni il şam yeməyi, Şəmkir şəhər parkına gəzinti və DJ Huseynin iştirakı ilə diskoteka daxildir. 6 yaşadək uşağın iştirakı pulsuzdur. 6 yaşdan 11 yaşa qədər olan uşaq üçün qiymət 150 AZN təşkil edir. Yeni il tədbirinin proqramında müxtəlif əyləncələr keçiriləcək.
Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya 050 245 05 09 mobil telefonuna zəng vurun. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.
“AtaTravel” MMC “Şəmkir Excelsior Hotel” otelinə Yeni il turu təklif edir
1
