2
İndoneziyanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə "RİA Novosti" ölkənin Meteorologiya, İqlimşümaslıq və Geofizika Milli İdarəsinə istinadən xəbər yayıb.
İndoneziya seysmoloqlarının sözlərinə görə, zəlzələnin episentri ölkənin şimal-qərbindəki Seram adasında, zəlzələ ocağı 113 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.
