“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir. Müstəqillik əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqları təmin edilir. Biz bir bu istiqamətdə çətinlikləri arxada qoymuşuq. Artıq, Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır”. Bunu Milli Məclisdə keçirilən “18 iyun – Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə parlament sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı qanunverici baza var: “Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsi mövcuddur. Ombudsman institutunun yaranması mühüm məsələdir. 2001-ci ildən Elmira Süleymanova Ombudsman Aparatına rəhbərlik edir. O, bu istiqamətdə bir sıra mühüm addımlar atıb. Əlbəttə ki, insan hüquqlarının təmin edilməsi qanunverici bazadan asılıdır. Azərbaycanda bu istiqamətdə hər şey təmin edilib. Məhkəmələr də bu hüquqların təmin olunmasında dövlətin maraqlarına cavab verir”.
Elməddin
