37
Fransada etiraz aksiyalarının vəziyyətindən asılı olaraq böyük şəhərlərin ayrı-ayrı ərazilərində komendant saatı tətbiq olunması davam etdiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunes BFMTV telekanalının efirində bildirib.
Nazir yaxın günlərdə vəziyyətin ciddi dəyişməyəcəyini və komendant saatının tətbiqinin davam edəcəyini qeyd edib.
Onun sözlərinə görə, hər bir bölgədə ictimai asayişin pozulması riskləri nəzərə alınmaqla müvafiq qərarları prefektlər verəcəklər.
