33
Danimarkanın Lolland adasında yüksək patogenli quş qripi aşkarlanıb. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə təxminən 27 min hinduşka məhv ediləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Danimarkanın Qida Təhlükəsizliyinə Nəzarət İdarəsi məlumat yayıb.
Bundan əvvəl eyni virus ştammı Zeland adasında da aşkarlanıb. Oktyabrın 24-də həmin ərazidə 40 min hinduşka məhv edilib.
Qurumun mütəxəssislərinin bildirdiyinə görə, payız aylarında köçəri quşların Danimarka üzərindən miqrasiyası zamanı bu cür infeksiyalara rast gəlinməsi adi haldır. Son həftələrdə bir neçə vəhşi quşda da yüksək patogenli quş qripi aşkarlanıb.
