44
İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 122 piyada əleyhinə mina, 42 tank əleyhinə mina və 526 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 19-dan 25-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 997 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
