34
Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına hazırlıq başlayıb.
Ucnoqta.az xəbər verir ki, artıq rayon təşkilatlarının konfranslarına başlanılıb.
Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti – VIII Qurultay bu il keçirilməlidir.
YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.///apa
