22
Polşanın Xarici İşlər Nazirliyi Almaniya hökumətinin Leypsiq hava limanında baş verən pilotsuz uçuş aparatı (PUA) insidentinə görə Rusiyanı məsul tutmasından sonra Rusiyanın Varşavadakı səfiri Georgi Mixnonu çağırıb.
Ucnoqta.az bildirir ki, bu barədə Polşanın xarici işlər naziri Radek Sikorski məlumat verib.
“Polşa da Rusiyanın səfirini çağıraraq qəti etirazını bildirdi”, – Sikorski Almaniya, Fransa və Polşanın daxil olduğu Veymar üçbucağı ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
