Kleman adlı 18 yaşlı gəncin rəhbərlik etdiyi dəstə biznes rəhbərlərini, reperi, həmçinin Fransa millisinin və Madrid “Real”ının futbolçusu Kilian Mbappeni qaçırmağı planlaşdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, ümumilikdə 26 nəfərə qarşı qanunsuz əməllərin törədilməsi planlaşdırılıb.
Avqustun 21-də Kleman və onun əlbir olduğu şəxs aprel ayında saat ustasının qarət edilməsində ittiham olunublar. Götürülmüş telefonlardakı məlumatların araşdırılması nəticəsində məlum olub ki, Kleman aprelin 11-dən avqustun 19-dək daha bir neçə qarət və ya adam oğurluğu planlaşdırıb.
Kleman həbs edilib. Onun ehtimal olunan əlbir olduğu şəxs isə azadlığa buraxılıb, lakin məhkəmə nəzarətində saxlanılıb.
