23
BMT-nin baş katibi Antonio Quterreş Ukraynada dərhal və tam atəşkəsin elan edilməsinin vaxtının çatdığını bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT+” formatında sammitində çıxışı zamanı deyib.
Quterreşin sözlərinə görə, atəşkəsin əldə olunması danışıqların başlanması və ədalətli, davamlı və hərtərəfli sülhə nail olunması üçün yol aça bilər.
BMT rəhbəri vurğulayıb ki, mümkün sülh beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə və müvafiq qətnamələrə uyğun olmalıdır.
Quterreş qeyd edib ki, münaqişənin davam etdiyi dörd ildən artıq müddətdən sonra tərəflərin hərbi əməliyyatları dayandırması və siyasi həll yoluna keçməsi zəruridir.
