25
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 17–23 avqust 2026-cı il tarixlərində həyata keçirilən əməliyyatların nəticələri açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az–a verilən məlumata görə, hesabat həftəsində azad edilmiş ərazilərdə 98 piyada əleyhinə mina, 41 tank əleyhinə mina və 522 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Ümumilikdə, həftə ərzində 661 mina və PHS müəyyən edilərək zərərsizləşdirilməsi üçün tədbirlər görülüb.
Bildirilib ki, həmin dövrdə 1 829,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
