34
ABŞ və Kanada arasında ticarət rüsumları ilə bağlı danışıqlar davam edir. Vaşinqtonun bəzi Kanada məhsullarına 50 faizlik rüsum tətbiq etməsi avqustun 21-dək təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib.
Karni qeyd edib ki, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub, lakin hələ görüləsi işlər var. Onun sözlərinə görə, ABŞ tərəfi bir sıra Kanada məhsullarına 50 faizlik rüsumların tətbiqini avqustun 21-dək təxirə salmağa razılaşıb.
