32
Kolumbiyanın Valle del Cauca departamentinin Kartaqo şəhəri yaxınlığında 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, zəlzələ avqustun 10-da yerli vaxtla saat 07:34-də baş verib. Almaniya Yer Elmləri Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələnin ocağı yerin 93,7 kilometr dərinliyində yerləşib.
RaspberryShake vətəndaş seysmoqraf şəbəkəsi də zəlzələnin maqnitudasını 6,8 olaraq qiymətləndirib.
