35
İspaniyanın İnteqrasiya, Miqrasiya və Sosial Təminat Nazirliyi Seuta muxtar şəhərində miqrantlara yardım sisteminin gücləndirilməsi məqsədilə 6,5 milyon avro vəsait ayırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Europa Press agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, ayrılan vəsait miqrantların qəbulu və onlara yardım göstərilməsi mexanizmlərinin gücləndirilməsinə, həmçinin müvəqqəti yerləşdirmə mərkəzlərində qalan şəxslərə sosial və tibbi xidmətlərin təmin edilməsinə yönəldiləcək.
