24
Hindistanın Toddi kəndində şir çobanı ağır yaralayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, yırtıcı əvvəlcə ev heyvanlarına hücum edib. Çoban sürüsünü qorumağa çalışarkən aslan ona hücum edib.
Hadisə nəticəsində kişi ağır xəsarətlər alsa da, sağ qalıb. O, xəstəxanaya yerləşdirilib.
Hücum bölgədə mal-qara sahibləri arasında təşvişə səbəb olub. Rayonun Meşə Təsərrüfatı Departamenti vəziyyəti nəzarətdə saxladığını açıqlayıb.
