30
Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatı Qırmızı dənizin şimal hissəsində Səudiyyə Ərəbistanına məxsus Wafa neft tankerinə ballistik raketlərlə zərbə endirdiyini bəyan edib.
Ucnoqta.az xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Sarianın sözlərinə görə, hücum Yanbu limanı yaxınlığında bir neçə ballistik raketdən istifadə edilməklə həyata keçirilib və zərbə hədəfə dəqiq dəyib.
Saria bildirib ki, husilərin iyulun 22-də dəniz blokadası elan etməsindən bəri ümumilikdə 8 Səudiyyə tankerinə hücum edilib. Onun iddiasına görə, daha 29 tanker isə Qırmızı dəniz və Ərəb dənizində marşrutunu dəyişmək məcburiyyətində qalıb.
