34
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə Rusiya vətəndaşları da daxil olmaqla 96 əcnəbini deportasiya ediblər.
Ucnoqta.az bildirir ki, bu barədə Departamentin mətbuat xidməti məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Albaniya, Belarus, Misir, İordaniya, Hindistan, İraq, Çin, Kuba, Küveyt, Kot-d’İvuar, Livan, Madaqaskar, Mərakeş, Nigeriya, Rusiya, Səudiyyə Ərəbistanı, Sudan, Tayland, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları Gürcüstandan deportasiya edilib.
Deportasiya edilən şəxslərin Gürcüstana girişi qadağan edilib.
