30
Bakı şəhəri, eləcə də paytaxtın ətraf kənd və qəsəbələrində paylayıcı elektrik şəbəkələrində yenidənqurma işləri aparılacaq.
Bu barədə İqtisadiyyat.az “Azərişıq” ASC-dən məlumat əldə edib.
Məlumata görə, layihənin məqsədi şəbəkələrdə mövcud gərginlik düşkülərinin aradan qaldırılması, eləcə də artan elektrik enerjisi tələbatının etibarlı şəkildə qarşılanmasını təmin etməkdir.
Məlumata əsasən, yenidənqurma işlərini “Rusnur Construction” MMC həyata keçirəcək.
Layihənin icrasına ümumilikdə 5,3 milyon manat vəsait sərf olunacaq.
