73
Yaponiyanın quru qüvvələri bazası olan Asaka Ordu Bazasında güclü yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, Milli ictimai televiziyanın görüntülərinə görə, ərazidə qatı qara tüstü aydın görünür.
Nəhəng yanğının baş verdiyi yerdə doqquz yanğınsöndürmə maşını işləyir. Xəsarət alanlar barədə məlumat yoxdur.
Yanğının ordu bazasındakı zibilxanada baş verdiyi bildirilir. Lakin şiddətli yanğın daha sonra yaxınlıqdakı anbarlara yayılıb.
