1
Belarusda prezident seçkilərində Lukaşenko qalib gəlir
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, Aleksandr Lukaşenko prezident seçkilərində 5 milyon 136 min 293 səslə qalib gəlir ki, bu da ümumi səslərin 86,82 faizini təşkil edir.
Belarus Respublikası Prezidentliyinə hər bir namizədə verilən səslərin sayı haqqında ilkin məlumat:
Qaydukeviç Oleq Sergeeviç – 2,02%;
Kanopatskaya Anna Anatolyevna – 1,86%;
Lukaşenko Aleksandr Qriqoryeviç – 86,82%;
Syrankov Sergey Aleksandroviç – 3,21%;
Xıjnyak Aleksandr Nikolayeviç – 1,74%;
hamıya qarşı – 3,60%.
Qeyd olunur ki, Belarusda keçirilən prezident seçkilərində seçicilərin 85,69 faizi iştirak edib.
