"Azərişıq" ASC-nin Xəzər rayonu Binə qəsəbəsində özbaşınalığı barədə xəbər vermişdik. Belə ki, qəsəbə sakinlərinin verdiyi məlumata görə, bir aya yaxındır qəza və ya təmir adı ilə qəsəbə sakinlərinin elektrik enerji təchizatı saatlarla dayandırılır.
Ucnoqta.az-a şikayət edən qəsəbə sakinləri bu gün səhər saatlarından işıqlarının yenidən kəsildiyi barədə məlumat veriblər. 199 qaynar xəttinə zəng edib səbəbini soruşduq. Bidirildi ki, ərazidə "təmir bərpa" işləri aparılır.
Onu da xüsusi qeyd edək ki, "Azərişıq"ın rəsmi səhifəsində apardığımız araşdırma zamanı iyul və avqust aylarında Binə ərazisində heç bir cari təmir nəzərdə tutulmayıb. Sakinlər aparılan "təmirin" fotosunu saytımıza göndərib qeyd edirlər ki, sözügedən ərazidə obyekt tikilir və "Azərişıq" ASC-nin elektrik dirəyi tikintiyə mane olduğu üçün onun yeri dəyişdirilir və səhər saat 9-dan işıqlar kəsilib. İşlərin nə vaxt bitəcəyi isə məlum deyil.
Necə deyərlər "Azərişıq" vətəndaşlara qarşı sayğısızlığı davam etdirir.
