Çərşənbə, İyul 29 2026 - Bakı, Azərbaycan
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
Tural Məmmədov Azərbaycanda saxlanıldı –

Aliment artırılır –

Astanada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub 
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRSİYASƏTAliment artırılır –

Aliment artırılır –

tərəfindən redaktor 03.11.2023 / 11:11
03.11.2023 / 11:11
1

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatına əsasən, gələn ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manat olacaq.

Bəs məbləğin artırılması bu sahədə nəyi dəyişəcək?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan hüquqşünas Əsabəli Mustafayev, bu məbləğin artırılmasının boşanmaların sayına təsir edəcəyi ilə bağlı səslənən fikirlərlə razılaşmadığını bildirdi.

Müsahibimiz düşünür ki, bu addımın mövcud problemin həllinə heç bir təsir etməyəcək:

“Əldə edilən təcrübəndən də görürük ki, hətta böyük məbləğlərdə əmək haqqı alan və aliment ödəmə qabiliyyətinə malik olanlar da bu prosesdən qaça bilmirlər. Bu baxımdan da inanmıram ki, Maliyyə Nazirliyi bu məbləği həmin məqsədlə artırır. Bu əslində ehtiyac meyarları ilə bağlıdır ki, hər il artırılmaqda davam edir. 3-4 il əvvəl alimentin məbləği 150-170 manat idi, amma indi 210 manatdır. Gələn isə 235 manat olacaq, amma yenə də boşananların sayı artır. Bunun əsas səbəblərini tapmaq lazımdır”.

Hüquqşünasın sözlərinə görə, Mediasiya Şurasının həyata keçirdiyi tədbirlər də boşanmaların qarşısını bilmir:

“Ailədə yaranan münaqişələrin əsas səbəbi də işsizlik və maliyyə təminatının zəif olması ilə bağlıdır və bunların aradan qaldırılması daim gündəmdə olmalıdır. İstər yeni ailə quran, istərsə də uzun illər evli qalan cütlüklər arasındakı gərginliklərin hökm sürməsi, baş verən boşanmaların təxminən 70-75 faizi bunlarla bağlıdır”.

Məsələ orasındadır ki, əgər evdə uşaqlar varsa, onlarda belə vəziyyətdən mənfi təsirlərə məruz qalır, hətta psixoloji vəziyyətləri pozulur. Buna görə də çıxış yolunu boşanmaqda görürlər. Artıq cəmiyyətdə belə fikir formalaşır ki, belə ailənin qalmasındansa, boşanması daha doğru olar və uşaqlar da psixoloji zərbələrə məruz qalmazlar.

Ə.Mustafayevin sözlərinə görə, hazırda sosial sahədə fəaliyyət göstərən qurumlar və işçilər, eləcə də psixoloqlar, hüquqşünaslar belə ailələrlə mütamadi söhbətlər aparmağa çalışırlar:

“Boşanmalar əsasən, böyük ailələrlə və valideynlərlə birgə yaşayan gənc cütlüklər arasında baş verir. Bilirik ki, 20-25 il əvvəl valideynlərlə birlikdə yaşamaq adi hal idi və övladlardan biri buna borclu idi.

Amma indi bu məsələ problem yaradır.

Gəlin-qayınana, gəlin-qayınata və ya əksinə münasibətləri burada özünü çox kəskin şəkildə göstərir. Digər problem isə gənclərin mənzil təminatının olmaması ilə bağlı və buna görə də onlar valideyn yanında yaşamağa məcbur olur”.

O, əslində övlad sahibi olan gənc cütlüklərin əksər hallarda boşanmaq istəmədiyini diqqətə çatdırdı:

“Ona görə ki, özlərindən daha çöx övladlarını fikirləşirlər. Ancaq bir çox hallarda aralarındakı gərginliyin pik həddə çatması onları boşanmağa sövq edir”.

Bu gün övladlarını tək böyüdən anaların sayının artdıığını söyləyən Ə.Mustafayevin dediyinə görə, bunun qarşısını almaq mümkün deyil:

“Əgər övlad anası ilə qalırsa, bu, onun gələcəyinə və tərbiyəsinə mənfi təsir edir. Çünki, ana övladını saxlamaq üçün işləməyə məcbur olur və uşaqları özbaşına qalır. Belə uşaq isə qısa müddətdə müəyyən qrupların təsiri altına düşür. Bu gün artan cinayətkarların, narkotik aludəçilərinin bir çoxu təkvalideynli uşaqlardır. Buna görə də dövlət xüsusi proqram hazırlamalı və belə qadınlara dəstəyini artırmalıdır. Ancaq təəssüf ki, belə proqram da yoxdur.

Bəs, bu problemdən qurtulmaq üçün nə etmək lazımdır?

Onun sözlərinə görə, vəziyyətdən qurtulmaq və boşanmaların qarşısını almaq üçün dövlət tərəfindən gənc ailələrə hərtərəfli dəstək verilməlidir:

“Bundan başqa, valideyn olmaq bir vəzifədir və cütlüklərin müəyyən təzyiqlərə dözmələri lazımdır. Bu da bizdə çox çətindir. Təəssüf ki, belə ailələrə sosial-psixoloji xidmətin təşkili çox zəifdir və bunun üçün investisiyalar yatırılmalıdır.

Dünyanın bir çox aparıcı, inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrinin hamısında belə bir təcrübə var. Bu ölkələrdə ailələrin sosial həyat şəraiti və aylıq gəliri yüksək olsa da, dövlət uşaqların gələcək həyatı və inkişafı üçün investisiya məqsədli aylıq vəsaitlər ayırır”.

0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Tural Məmmədov Azərbaycanda saxlanıldı –
Sonrakı yazı
Astanada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub 

Digər yazılar

Tahir Tağızadə Serbiyaya səfir təyin olundu

29.07.2026 / 21:24

İlham Əliyev Nenad Laloviçi qəbul etdi

29.07.2026 / 16:22

Prezident Qazaxıstan və Tacikistandakı səfirləri geri çağırdı

28.07.2026 / 14:23

Putin İlham Əliyevə zəng edib

28.07.2026 / 13:44

ABŞ və İranın gizli danışıqlarında yeni mərhələ: Qırmızı dənizdə gəmiçilik gündəmdə

28.07.2026 / 10:35

Prezident iki konsulu geri çağırdı – SƏRƏNCAM

27.07.2026 / 13:32

İlham Əliyev maldivli həmkarını təbrik edib

26.07.2026 / 12:09

İlham Əliyev fərman imzaladı

24.07.2026 / 13:39

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

24.07.2026 / 10:55

XƏBƏR LENTİ

  • Maaş və pensiya kartlarında YENİLİK

    29.07.2026 / 22:06
  • Tahir Tağızadə Serbiyaya səfir təyin olundu

    29.07.2026 / 21:24
  • Meşə yanğınında iki yanğınsöndürən həlak olub

    29.07.2026 / 20:25
  • Prezident Esmira Cəfərovaya vəzifə verdi – SƏRƏNCAM

    29.07.2026 / 20:13
  • Qəbul imtahanının nəticələri elan olunub

    29.07.2026 / 19:00
  • ADNSU 26 milyon manata təmir olunacaq

    29.07.2026 / 17:31
  • Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edildi

    29.07.2026 / 16:42
  • Paşinyan Putinin onu təbrik etmədiyini bildirib

    29.07.2026 / 16:32
  • İrana güclü zərbələr endiriləcək – Tramp

    29.07.2026 / 16:28
  • İlham Əliyev Nenad Laloviçi qəbul etdi

    29.07.2026 / 16:22
  • Zelenski Trampdan 300 Patriot raketi istəyib

    29.07.2026 / 16:12
  • Kütləvi zəhərlənmənin olduğu kafe bağlandı

    29.07.2026 / 15:58
  • “Qarabağ” Bolqarıstana getdi

    29.07.2026 / 15:51
  • Sabah bu ərazilərdə qaz olmayacaq

    29.07.2026 / 15:47
  • Tanınmış cərraha hökm oxundu

    29.07.2026 / 15:20
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • ANA SƏHİFƏ
  • BÜTÜN XƏBƏRLƏR
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • ÖLKƏ İÇİ
  • CƏMİYYƏT
    • HADİSƏ
    • SAĞLAMLIQ
    • MEDİA
    • MÜSAHİBƏ
    • MARAQLI
    • AVTO
    • DİGƏR
  • MƏDƏNİYYƏT
    • MAQAZİN
    • ƏDƏBİYYAT
  • İDMAN
  • HAQQIMIZDA
  • ƏLAQƏ

Həmçinin oxuyunx

Tahir Tağızadə Serbiyaya səfir təyin olundu

29.07.2026 / 21:24

İlham Əliyev Nenad Laloviçi qəbul etdi

29.07.2026 / 16:22

Prezident Qazaxıstan və Tacikistandakı səfirləri geri çağırdı

28.07.2026 / 14:23

Putin İlham Əliyevə zəng edib

28.07.2026 / 13:44

ABŞ və İranın gizli danışıqlarında yeni mərhələ: Qırmızı dənizdə gəmiçilik gündəmdə

28.07.2026 / 10:35