38
Ermənistanın Baş naziri Nikol Paşinyan 28 iyulda telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin onu 7 iyunda keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik etmədiyini bildirib.
Ucnoqta.az bildirir ki, bu barədə Baş nazir açıqlamasında deyib.
“Xeyr, etmədi”, – deyə o bildirib.
Putin və Paşinyan arasında telefon danışığı Yerevanın təşəbbüsü ilə baş tutub. Söhbətdən sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflərin ikitərəfli iqtisadi münasibətlər barədə fikir mübadiləsi apardığını bildirib.
