0
Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva və Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar.
Hər dörd Sərəncam imzalandığı gündən qüvvəyə minir.
