Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Qarabağa "humanitar yük" adı ilə onlarla avtomobil göndərib. Azərbaycan tərəfi ilə razılaşdırılmayan “humanitar yük”lər Laçın sərhəd məntəqəsindən buraxılmayıb və bir neçə gündür ki, sərhədin Ermənistan tərəfində saxlanılır. Qeyd edəki ki, Rəsmi Bakı humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib.
Ucnoqta.az xəbər verir ki, Ermənistan bu "humanitar yük" şousuna digər ölkələri də cəlb edib. Belə ki, həmin avtomobil karvanını izləmək üçün aşağıda qeyd edilən Ermənistandakı diplomatik nümayəndələrinin üzvlərini sərhədə gətirib.
1. Serbiya
2. İsveçrə
3. Böyük Britaniya
4. Belarus
5. İran
6. Bolqarıstan
7. Rusiya Federasiyası
8. ABŞ
9. Litva
10. Polşa
11. İraq
12. Ukrayna
13. Fransa
14. Hindistan
15. Rumıniya
16. İtaliya
17. İspaniya
