“Championdan Championlara layiq yüzlərlə hədiyyələr” Stimullaşdırıcı tirajlı lotoreyanın şərtləri:
Ümumi məlumatlar.
1.1 Lotoreya təşkilatçısı haqqında məlumat: “Best Tarım” QSC (VÖEN: 1500923011) Lənkəran rayonu Sütəmurdov kəndində yerləşir. Əsas fəaliyyət sahəsi çay və digər qida məhsullarının (o cümlədən düyü və kofe) istehsalını və satışını həyata keçirir.
1.2 Lotoreyanın Adı və forması: “Championdan Championlara layiq yüzlərlə hədiyyələr”. Stimullaşdırıcı tirajlı lotoreya.
1.3 Lotoreyanın obyekti : “Champion” əmtəə nişanlı, (Pekoe) kağız qutularda olan 250 və 500 qramlıq çaylar.
1.4 “Championdan Championlara layiq yüzlərlə hədiyyələr” adlı Stimullaşdırıcı tirajlı lotoreyanın müddəti: 01.07.2023-cü il, saat 00-00-dan, Son müraciət yəni son SMS göndərilməsi tarixi isə 30.09.2023-cü il, saat 00:00-a qədərdir.
1.5 Lotoreyanın keçirildiyi ərazi: Azərbaycan Respublikası
Lotoreyada iştirak etmə qaydaları.
2.1 Stimullaşdırıcı lotoreyada 18 yaşına çatmış Azerbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə bilər.
2.2 Lotoreyada iştirak etmə qaydaları:1.3 bəndində qeyd olunan lotoreya obyektini əldə etdirdikdən sonra çay qutusunun qapağının altında olan 8 rəqəmdən ibarət olan kodu, Azercell və Bakcell nömrələrindən 4555 qısa nömrəsinə SMS vasitəsilə göndərmək lazımdır. Lotoreyada iştirak etmək istəyən şəxs, 4555 nömrəsinə ad, soyad və ata adını, yaşadığı ünvanı, əlaqə nömrəsini və çay qutusunun içindən çıxan şifrəni göndərməlidir. Müraciət təşkilatçı tərəfindən yoxlanıldıqdan sonra 1 gün ərzində lotoreyada iştirak hüququnun qeydiyyata alınmasına dair təsdiq mesajı alıcıya göndəriləcəkdir. Bundan sonra şəxsin iştirak etmə hüququ təsdiq olunur. Çay qutusundan çıxan unikal nömrələr yalnız 1 dəfə qeydiyyata alınacaqdır. Eyni nömrə ilə yeni müraciət nəzərə alınmayacaqdır. Stimullaşdırıcı tirajlı lotoreya ilə əlaqədar yaranan əlavə suallara görə 012 404 48 95 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Lotoreyada istirak etmək hüququ təsdiq olunan iştirakçılara aşağıdakı məzmunda SMS göndəriləcəkdir:
“Lotereyada XXXXXXXX sifreli Champion qutusunun istiraki tesdiqlendi. Sira sayi: XXXXXXXXX. Sifreli qutunu mutleq saxlayin! Cekilis: 01.08.2023-cü il
Elaqe: 0124044895”
Unikal kod yanlış daxil edildiyi təqdirdə:
“Hormetli istifadeci, gonderdiyiniz sifre yanlisdir. Shifreni yoxlayib, yeniden gondermeyinizi xahis edirik: SIFRE, AD, SOYAD,YASADIGINIZ UNVAN
Elaqe: 0124044895”
Unikal kod təkrarən göndərildikdə:
“Hormetli istifadeci! Gonderilmis sifre artiq istifade olunmusdur. Xahis edirik sifreni yoxlayib, yeniden gonderesiniz. Elaqe: 0124044895”
Uduş fondu.
3.1 Stimullaşdırıcı tirajlı lotoreyada 762 ədəd yeni müxtəlif məişət əşyaları iştirak edəcəkdir:
· WM BEKO WSRE 6512 PRW modelli Paltaryuyan maşın -30 ədəd
· DW BEKO DFN 05320 S modelli Qabyuyan maşın-30 ədəd
· REF BEKO RDSK 240 M00W modelli Soyuducu-30 ədəd
· TV LED BEKO B32B 685A modelli Televizor-30 ədəd
· MO BEKO BSUF 5000 MGSI modelli Soba-30 ədəd
· RIFFEL MD 42W modelli Mikrodalğalı soba-30 ədəd
· TOSTER BEKO TAM 4201 B modelli Toster- 60 ədəd (eyni modeldir sadece RED deyil Black)
· BLENDER BRAUN MQ 3000 W modelli Blender-60 ədəd
· CAYNIK BEKO WKM 4226 B modelli Çaynik-60 ədəd
· JUICER BEKO BKK 2147 modelli Şirəçəkən-60 ədəd
· MIXER KENWOOD HMP10 000WH modelli Mikser-60 ədəd
· VC BEKO BKS 2226 modelli Tozsoran-30 ədəd
· ETCEKEN BEKO MMP 7180 W modelli Ətçəkən-60 ədəd
· FEN GR HD 7081 modelli Fen-60 ədəd
· IRON BEKO SIM 4123T modelli Ütü-60 ədəd
· Seher yemeyi desti EVMS 36 PCS Yuvarlak(ES-919)-60 ədəd
· AC RIFFEL ASW-FW 120/121 modelli Kondisioner-12 ədəd
Lotoreya tirajı barədə məlumat.
4.1 “Championdan Champoinlara layiq yüzlərlə hədiyyələr”stimullaşdırıcı tirajlı lotoreya 3 tirajla keçirləcək. 1-ci tiraj, 01.08.2023- cü il tarixində, 2-ci tiraj, 01.09.2023-cü ildə, 3-cü tiraj, 01.10.2023-cü il tarixlərində S.Əhmədov küçəsi, 2 ünvanında yerləşən, Xəzər tvdə “Xəzər axşamı” verlişində canlı olaraq saat 18.00-da keçiriləcəkdir. Əlavə olaraq bildiririk ki, lotoreya haqqında məlumatlar təşkilatçının www.championtea.az rəsmi internet səhifəsində, İnstagram.com/championteaazerbaijan, Facebook.com/Championtea səhifələrində yerləşdiriləcəkdir.
Lotoreyanın keçirilmə qaydaları.
“Championdan Champoinlara Layiq Yüzlərlə Hədiyyələr”stimullaşdırıcı tirajlı lotoreyasında qaliblərin müəyyən olunması xüsusi hazırlanmış kompüter programı vasitəsilə, təsadüfü seçim yolu ilə həyata keçiriləcəkdir.
Şifrə nümunə: CT***** şifrəsi 250 qramajlarda yerləşdiriləcək, BT***** şifrəsi 500 qramajlarda yerləşdiriləcək.
· CT ilə başlayan şifrələr (250 qramajlarda yerləşən kiçik uduşlu şifrələr) kiçik ölçülü əşyalarla oynanılacaq.
· BT ilə başlayan şifrələr (500 qramajlarda yerləşən böyük uduşlu şifrələr) nisbətən böyük əşyalar oyananılacaq
4.2 01.08.2023; 01.09.2023; 01.10.2023-cü il tarixlərində keçiriləcək tirajların hər birinin uduş fondunda aşağıdakı hədiyyələr olacaqdır.
· WM BEKO WSRE 6512 PRW modelli Paltaryuyan maşın -10 ədəd
· DW BEKO DFN 05320 S modelli Qabyuyan maşın-10 ədəd
· REF BEKO RDSK 240 M00W modelli Soyuducu-10 ədəd
· TV LED BEKO B32B 685A modelli Televizor-10 ədəd
· MO BEKO BSUF 5000 MGSI modelli Soba-10 ədəd
· RIFFEL MD 42W modelli Mikrodalğalı soba-10 ədəd
· TOSTER BEKO TAM 4201 B modelli Toster- 20 ədəd
· BLENDER BRAUN MQ 3000 W modelli Blender-20 ədəd
· CAYNIK BEKO WKM 4226 B modelli Çaynik-20 ədəd
· JUICER BEKO BKK 2147 modelli Şirəçəkən-20 ədəd
· MIXER KENWOOD HMP10 000WH modelli Mikser-20 ədəd
· VC BEKO BKS 2226 modelli Tozsoran-10 ədəd
· ETCEKEN BEKO MMP 7180 W modelli Ətçəkən-20 ədəd
· FEN GR HD 7081 modelli Fen-20 ədəd
· IRON BEKO SIM 4123T modelli Ütü-20 ədəd
· Seher yemeyi desti EVMS 36 PCS Yuvarlak(ES-919)-20 ədəd
· AC RIFFEL ASW-FW 120/121 modelli Kondisioner-4 ədəd
4.3 Tirajda qalib olmuş şəxslərə SMS vasitəsilə lotoreyda qalib olunması ilə bağlı məlumat təqdim olunacaq və ya telefon zəngi vasitəsilə məlumat veriləcəkdir.
Uduşun təqdim edilməsi barədə.
5.1 Lotoreyada qalib gəlmiş unikal nömrənin sahibi, unikal nömrənin qeyd edildiyi çay qutusunu və şəxsiyyətini təsdiq edən sənədi (xarici vətəndaşlığı olmayan əcnəbilərin xarici pasportu və ya miqrasiya tərəfindən şəxsiyyətini təsdiq edən digər sənədi) Bakı şəhəri, Ziya Bünyadov 2061, Gəncə şəhəri, Üzeyir Hacıbeyov 38/39, Bərdə şəhəri, Atatürk kücəsi 67, Şəki şəhəri, 20 yanvar küçəsi, Lənkəran şəhəri, Sütemurdov kəndi, (Beta çay fabriki) Sabirabad şəhəri, Qalağayın kəndi, (Beta firması) Göyçay şəhəri, Natavan küçəsi 43a, Quba şəhəri, 29-cu məhəllə-də yerləşən “Best Tarım” şirkətinin (təşkilatçının) istənilən struktur bölməsinə təqdim edə bilərlər
5.2 Təqdim olunan sənədlər yoxlanıldıqdan sonra 7 iş günü müddətində qalibə hədiyyələr təqdim olunacaqdır.
5.3 Qalib olmuş şəxs tirajdan sonra 90 iş günü ərzində bu şərtlərin 5.1 bəndində göstərildiyi kimi təşkilatçıya təqdim etməlidir. Əks halda uduş təşkilatçının sərəncamında qalacaqdır. Hədiyyələrin dəyəri pul şəkilində ödənilməyəcək.
Şifrəli qutuların üzərinə yerləşdiriləcək mətnlər
250q qutularının üzərində yerləşdiriləcək
“Championdan Championlara Layiq Yüzlərlə Hədiyyələr” stimullaşdırıcı tirajlı lotoreyada yüzlərlə hədiyyələrdən biri sənin olsun! Lotereyanın uduş fondunda Hər biri 60 ədəd olmaqla; Səhər yeməyi dəsti, Toster, Blender, Çaynik, Şirəçəkən, Mikser, Ətçəkən, Fen, Ütü oynanılacaq. İştirak etmək üçün Champion Pekoe 250q qutularda qapağın alt hissəsindəki şifrəni ad, soyad və yaşayış yerinizlə (şəhər və ya rayon) birlikdə yazaraq Azərcell və Bakcell nömrələrindən 4555-ə göndərməlisiniz. Hər şifrəli qutu üçün Sizə SMS vasitəsilə şifrənin təsdiqi haqqında bildiriş göndəriləcək. Şifrəli qutunu mütləq özünüzdə saxlamalısınız. Əks halda, uduş qalibə təqdim edilməyəcək. 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşları və əcnəbilər ölkə ərazisində könüllü olaraq lotereya iştirakçısı ola bilərlər. Lotereyanın müddəti 30.09.2023-cü il tarixinə qədərdir. Bu müddətdən kənar daxil olan müraciətlər keçərli deyil. Lotereya 3 tirajdan ibarət olaraq hər tirajında 180 ədəd məişət əşyası oyanılacaqdır. 1-ci tiraj 01.08.2023-cü il, 2-ci tiraj 01.09.2023-cü il , 3-cü tiraj isə 01.10.2023-cü il tarixlərində keçiriləcək. Çəkiliş Televiziya və Champion çay markasının İnstagram səhifəsindən (instagram.com/ championteaazerbaijan) canlı yayımlanacaqdır. Uduş fondunun nəticəsində qalib gələn şifrələr haqqında məlumat www.championtea.az internet saytında dərc olunacaqdır. Qalib olmuş iştirakçılar uduş fondunun oynanıldığı tarixdən ən gec 90 iş günü ərzində qalib gəlmiş Champion çayının şifrəli qutusu və şəxsiyyət vəsiqəsi ilə birlikdə Təşkilatçıya müraciət edərək hədiyyələrini əldə edə bilərlər. Uduş təşkilatçısı: "Best-Tarım" Qapalı Səhmdar Cəmiyyəti. Ünvan: Bakı şəhəri Ziya Bünyadov 2061 Lotereya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01.02.2023-cü il tarixli 2317020005620100 nömrəli və 30.03.2023-cü il tarixli 2317020017961800 nömrəli icazələrinə əsasən təşkil edilmişdir. Müştəri xidmətləri: 012 404 48 95
500q qutularının üzərində yerləşdiriləcək
“Championdan Championlara Layiq Yüzlərlə Hədiyyələr” stimullaşdırıcı tirajlı lotoreyada yüzlərlə hədiyyələrdən biri sənin olsun! Lotereyanın uduş fondunda Hər biri 30 ədəd olmaqla; Paltaryuyan, Qabyuyan, Soyuducu, Televizor, Soba, Mikrodalğalı soba, Tozsoran və 12 ədəd Kondisioner oynanılacaq. İştirak etmək üçün Champion Pekoe 500q qutularda qapağın alt hissəsindəki şifrəni ad, soyad və yaşayış yerinizlə (şəhər və ya rayon) birlikdə yazaraq Azərcell və Bakcell nömrələrindən 4555-ə göndərməlisiniz. Hər şifrəli qutu üçün Sizə SMS vasitəsilə şifrənin təsdiqi haqqında bildiriş göndəriləcək. Şifrəli qutunu mütləq özünüzdə saxlamalısınız. Əks halda, uduş qalibə təqdim edilməyəcək. 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşları və əcnəbilər ölkə ərazisində könüllü olaraq lotereya iştirakçısı ola bilərlər. Lotereyanın müddəti 30.09.2023-cü il tarixinə qədərdir.
Bu müddətdən kənar daxil olan müraciətlər keçərli deyil. Lotereya 3 tirajdan ibarət olaraq hər tirajında 74 ədəd məişət əşyası oyanılacaqdır. 1-ci tiraj 01.08.2023-cü il, 2-ci tiraj 01.09.2023-cü il, 3-cü tiraj isə 01.10.2023-cü il tarixlərində keçiriləcək. Çəkiliş televiziya və Champion çay markasının Instagram səhifəsindən (instagram.com/ championteaazerbaijan) canlı yayımlanacaqdır. Uduş fondunun nəticəsində qalib gələn şifrələr haqqında məlumat www.championtea.az internet saytında dərc olunacaqdır. Qalib olmuş iştirakçılar uduş fondunun oynanıldığı tarixdən ən gec 90 iş günü ərzində qalib gəlmiş Champion çayının şifrəli qutusu və şəxsiyyət vəsiqəsi ilə birlikdə Təşkilatçıya müraciət edərək hədiyyələrini əldə edə bilərlər.
Uduş təşkilatçısı: "Best-Tarım" Qapalı Səhmdar Cəmiyyəti.
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov 2061 Lotereya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01.02.2023-cü il tarixli 2317020005620100 nömrəli və 30.03.2023-cü il tarixli 2317020017961800 nömrəli icazələrinə əsasən təşkil edilmişdir.
