0
İnsanlar Qurban bayramında kəsilən heyvanların ətindən müxtəlif yeməklərin hazırlanmasında istifadə edir.
Bəs görəsən qurbanlıq heyvanın ətindən istifadə ilə bağlı dini baxımdan hansısa xüsusi qayda varmı?
Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Referans.az-a danışıb.
“Qurban kəsilmiş heyvanın ətindən istənilən yeməyin hazırlanmasında istifadə etmək olar. Bununla bağlı hansısa dini qadağa və məhdudiyyət yoxdur. Ancaq mütləq ki, yeməyin hazırlanmasında və təqdim olunan süfrədə haram buyrulmuş qida və ya məhsul olmamalıdır. Bunun xaricində qurbanlıq ətdən hər kəs istədiyi formada qida kimi istifadə edə bilər”.
