0
Aİ monitorinq missiyasının və Avropa Parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbərləri Laçın yoluna gedəcək
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritter və Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Natali Loiseau Laçın yoluna gedəcəklər.
Ritter və Avropa Komissiyasının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin Loizeau və onun nümayəndə heyətini Ermənistanın Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı hava limanında qarşılayıblar.
