0
Almaniyadan olan arxeoloqlar təxminən 3000 il yaşı olan qılınc tapıblar
Ucnoqta.az xəbər verir ki, bu barədə Live Science yazıb. Bildirilir ki, silah tunc dövründə hazırlansa da, yaxşı qorunub saxlanılıb.
Məlumata görə, qılınc Bavariyanın Nördlingen şəhərində aşkar edilib. Silah kişi, qadın və uşaqla birlikdə basdırılıb. Arxeoloqlar qeyd ediblər ki, belə qalıqların yaxşı vəziyyətdə tapılması əsl uğurdur.
Bundan əlavə, alimlər qılıncın yerli ustalar tərəfindən hazırlandığını və ya başqa bölgədən gətirildiyini öyrənməli olacaqlar, çünki oxşar alətlər artıq Danimarka və Almaniyanın şimalında tapılıb.
