2
Ermənistan 2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etməyəcək
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, artıq Ermənistanda ağır atletika üzrə dünya çempionatı keçirilməyəcək. Gələn il dünya çempionatı Bəhreyndə keçiriləcək.
Xatırladaq ki, Ermənistan da DÇ-2024-ə ev sahibliyi etmək iddiasında idi. Lakin açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insident bu şansları kəskin şəkildə azaldıb.
Daha əvvəl Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan bəyan etmişdi ki, bu hadisədən sonra Ermənistanda ağır atletika üzrə dünya çempionatının keçirilməsi perspektivi şübhə altındadır.
