1
Kim Kardaşyanın böyük bacısı Kortni yeni fotosessiyasına görə tənqidlərə məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, 43 yaşlı Kourtney Kardashian və əri, 47 yaşlı Blink-182 nağaraçısı Travis Barker qeyri-adi çəkiliş edib. Cütlük vanna otağında yerə yemək və içkilər düzüb və özləri də köpüklə dolu vannaya dırmaşaraq fotoqraf Helen fon Unverthə pozalar veriblər.
İzləyiciləri onları tənqid atəşinə tutublar. “Tualetin qapağındakı yeməklər iyrəncdir”, “Hamamın döşəməsindəki yemək? Oh yox”, “Tualetdə yemək var? Vəhşilik”, “İyrənc”, “Yuyunub defekasiya etdiyiniz yerdə yemək yeyirsiniz?”, – sosial şəbəkə istifadəçiləri yazıblar.
