0
Zəlzələdə dağılan binalarla bağlı aparılan araşdırmalarda 245 şübhəli təqib edilir
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Bəkir Bozdağ deyib. Bəkir Bozdağ qeyd edib ki, 54 şübhəli həbs edilib.
"Adana, Diyarbəkir, Qaziantep, Şanlıurfa və Kilisdə dəlillərin aşkarlanması prosedurları tamamlandı. Dəlillər toplanana qədər heç bir dağıntı çıxarılmır" – Nazir Bozdağ deyib.
