3
İşğaldan azad edilmiş ərazilərdə daha 42 mina aşkarlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, fevralın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilanda 42 tank əleyhinə mina və 118 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Qeyd edilib ki, 250 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
