1
Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Müddətdən artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu Polad Şirinov dəfn olunub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.
Mərasimdə Müdafiə Nazirliyinin şəxsi heyəti, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Əslən Yardımlı rayonundan olan 2002-ci il təvəllüdlü şəhid Şirinov Polad Seyran oğlu Bakıda böyüyüb başa çatıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 71 hərbçimizin şəhid olduğu açıqlanıb.
