1
Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra xalqa müraciət edib.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş dövlət başçısı müraciətində pensiyada olduğunu deyib: “Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Mən pensiyaçıyam. Elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, – Nursultan Nazarbayev vurğulayıb.
