0
Maliyyə naziri Samir Şərifov bəzi məhsulların dövlət rüsumunun artırılmasına münasibət bildirib.
O, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində çıxışı zamanı danışıb.
"Bu gün mətbuatda şayiələr yaranmışdı ki, mobil cihazların qeydiyyat rüsumu artırılacaq. Bu tamamilə şayiədir. Avtomobillərlə bağlı yayılan məlumatlar da tamamilə şayiədir. Hamıya bildirirəm ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artımı yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır", – deyə nazir vurğulayıb.
