Azərbaycanın ümumtəhsil məktəblərində təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi üçün 2019-2020-ci ildən “Peşə təmayüllü siniflərin təşkili” layihəsinə start verilib.
Ucnoqta.az xəbər verir ki, artıq peşı təmayüllü siniflərin sayı artırılıb. Belə ki, 2020-2021-ci tədris ilində 15 yeni sinif açılmaqla layihənin əhatə dairəsi genişləndirilib.
Biləsuvar rayonu X.Qafarov adına İsmətli kənd orta məktəbində də peşə təmayüllü sinif yaradılıb. Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov və Rayon agsaqqallarından Akif Kazımov, Əjdər Niftiyev digər qonaqlar məktəbdə olub, yeni açılmış Peşə sinfi və STEAM dərsləri ilə tanış olublar. Layihələrin əhəmiyyətindən danışan Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov bildirib ki, İsmətli kənd tam orta məktəbində tətbiq olunan bu layihələr davamlı olaraq digər məktəblərimizidə əhatə edəcək.
Peşə sinifinin həm müəllimləri həm də şagirdləri buna çalışacaqlarına və nail olacaqlarına söz veriblər.
