1
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Anım Günü ilə bağlı paylaşım edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə səfir "Twitter"də qeyd edib.
Səfir bildirib: "27 sentyabr – Anım Günü, keçən ilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm"
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.
