0
Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.
Qeyd edək ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşovun qeyri-əxlaqi videogörüntüləri yayılıb.
